LilithZaraVenus

Başka bir Bahar'da 1.Bölüm yayında!
          	
          	Yirmilerinin daha başlangıcında olan Çağla, ailesinin mükemmeliyetçi beklentileri altında ezilen genç bir kızdır. Paramedik olarak çalışırken, boş zamanlarında bağış şirketinde gönüllülük yapar. Ancak bir gün, bağış şirketi iflas eder ve Çağla, sadece işini değil, aynı zamanda kendini mutlu hissettiği tek yeri de kaybeder. Bu ani kayıp, onun hayatını altüst eder ve kendini yeniden bulma sürecine sürükler. Karanlık ve belirsiz bir gelecek karşısında mücadele ederken, içsel gücünü bulması ve gerçek mutluluğu arayışı arasında zorlu bir denge kurmak zorunda kalır.
          	
          	
          	https://www.wattpad.com/story/366923198-ba%C5%9Fka-bir-bahar%27da

LilithZaraVenus

@irukin Minnətdaram, Sir :’)
Reply

irukin

@LilithZaraVenus  üz qapağı perfecto
Reply

LilithZaraVenus

Başka bir Bahar'da 1.Bölüm yayında!
          
          Yirmilerinin daha başlangıcında olan Çağla, ailesinin mükemmeliyetçi beklentileri altında ezilen genç bir kızdır. Paramedik olarak çalışırken, boş zamanlarında bağış şirketinde gönüllülük yapar. Ancak bir gün, bağış şirketi iflas eder ve Çağla, sadece işini değil, aynı zamanda kendini mutlu hissettiği tek yeri de kaybeder. Bu ani kayıp, onun hayatını altüst eder ve kendini yeniden bulma sürecine sürükler. Karanlık ve belirsiz bir gelecek karşısında mücadele ederken, içsel gücünü bulması ve gerçek mutluluğu arayışı arasında zorlu bir denge kurmak zorunda kalır.
          
          
          https://www.wattpad.com/story/366923198-ba%C5%9Fka-bir-bahar%27da

LilithZaraVenus

@irukin Minnətdaram, Sir :’)
Reply

irukin

@LilithZaraVenus  üz qapağı perfecto
Reply

LilithZaraVenus

"Düşünəndə ki, hər şey əvvəl-axır sona çatacaq, məna axtarmaq üçün tələsməli olduğumu düşünürəm. Bəlkə də, əslində, məna axtarmaq lap əvvəldən məntiqsiz hərəkətdir. Çoxları gözlərini yumaraq dolaşmağı - dolayı yolla "yaşamağı" seçdiyi üçün həyatda qalmaq onlara daha asan başa gəlir. Ola bilsin, yanılıram. Bu, yaşamaq deyil, yaşamaq hesab olunmur. Geriyə boylananda kökümüzdə fəlsəfə axtarılmayan, arzu olunmayan şey idi. Axı biz "təsadüfən" insan olmuşuq; Düşünmək və düşüncələrini (istər mənalı olsun, istər sabun köpüyü) dilə gətirmək bacarığı olan varlıqlardan ibarət öz gicgahına silah dirəmiş cəmiyyət...
          
          - Ölüm, belə baxanda, məhkum olduğumuz yeganə təbii hadisədir. Ancaq əsrlərdir, ölüm dəhşətli hadisə olmaqla yanaşı, öz müqəssirini qarabaqara izləməkdədir. Günahkar ya sağlam olmayan həyat tərzidir, ya həkim, ya da cinayətkar. Günahkar...Günahkar... Günahın yoxdursa, bu dünyada nə işin var? Təəssüf ki, bu xaosun bir hissəsi olmağı seçəndə, əslində mən bütün bunların əbədi axmaqlıqlardan ibarət olduğunu ağlıma belə gətirməmişdim..."
          
          Orion - "Hilalın Monoloqu"

LilithZaraVenus

"- Konçuy'a yeni əlbisə toxuyurlar, bu dəfə dağ laləsi topladılar dağlardan. Eşitmişəm ki, altun nəqşlər vuracaqlar ətəklərinə. 
          - Daha ötən həftə yenisini tikdirmədilərmi ipəkdən? Dağ laləsindən qayrılma iplərdən keçə toxudular hələ. Tacının örpəyi də qırmızıdan idi. Hər həftə əlbisəmi tikilər əfəndim?
          - And olsun ki, qəti fikrim yoxdur. Hələ dünən örtüləri dəyişmişik. Axır vaxtlar yaman əsəbidir, tez-tez pərdələri dəyişdirir. Divarları da altuna boyatdırır. Bilmirəm, belə getsə şəhər xəzinəsində altun qalmayacaq. - fısıltıyla İşbaranın qulağına çatdırdı İltəbər.
          - Onu bunu buraxın, deyirlər yanğın ərşə qalxmışdı şimal qülləsində. 
          - Ay aman! Konçuyun otağına yaxın deyilmi ora?
          İltəbər əbasına qısılıb gözləriylə İşbarana nəsə çatdırmağa çalışırdı. 
          - Bir də görüblər ki, Konçuy alovun içindən əlbisəsi yana-yana çıxıbmış. Tükü də tərpənməyib and olsun! - deyə İltəbər gözlərini bərəldib İşbaranı daha da qorxuya saldı.
          - Kağanın xəbəri varmı bundan əfəndim? - İşbaran ətrafına boylandı.
          İltəbər udqunub bərəlmiş gözləriylə İşbaranı bir az da küncə sıxışdırdı.
          - Elə Kağan qızı gəlib bilavasitə özü götürüb apardı.  Xidmətçilər də qaçıb yardım gətiriblər, daha heç nə də dinib danışmayıblar.

LilithZaraVenus

"Sen aslında zeki kızsın, biliyorsun değil mi, Reyna? Ama nedense bana aptalı oynuyormuşsun gibi geliyor bazen." dedi savcı saçlarıyla oynayarak. Uzun zamandır gözetlediği kadının düşük zekası ve beceriksizliği onu iyice sinir etmişti. Eline geçtiği ilk fırsatta onu iğneleyecek laf aramaktaydı.
          "Efendim yanılmıyor olabilirsiniz. Elbette zekamın olmaması sözkonusu değildir. Ama bilirsiniz, sizden ne isterlerse onu verirsiniz. Gereğinden fazlasına gözütok olmayanlar ihtiyaç duyar." Avukat beyaz yakalığını düzeltip sabahtan beri burnunu diktiği kağıtlardan gözlerini ayırdı. Havalanmaktan kırışmış alnı kaşları inince zeka yansımasıyla kaplandı. 
          
          "Lütfen açıklayın." Savcı avukatın bir birinin arkasına dizilmiş hiç aksamayan cümlelerine şaşırmıştı. 
          
          "Efendim, benim karakterimde insanların ihtiyaçlarını sezmek gibi bir huy vardır. Onların ne istediğine bakarım. Mesela, eğer zekamı gerçekten arzulayan bir yerde değilsem, onu asla kullanmam, aksine, aptalı oynamayı yeğlerim. Çünkü böyle daha kolay oluyor ya. Çok fazla soru sorma hakkım oluyor, çoğuna da yanıt alabiliyorum. Ayrıca, aklımı daha yakışır ünvanlara saklamaktayım efendim. Böylece kıymetini bilen insanlarla çevrili alanda onu arzuladığım kadar kullanıp zevkle çarçur edebilirim. Hem bilirsiniz, zekayı ne kadar kullanırsanız, o kadar gelişmektedir." Avukat yine aptallık simgesi sanılan havalanmış kaşlarıyla alnını kırıştırıp kağıtlarına döndü. 
          
          [Yaban Sümbülü]

LilithZaraVenus

Bu axşam gecə növbəm var. Səhər tezdən bütün enerjim çəkilmiş formada oyandım, gün ərzində hər dəfə növbəm yadıma düşdükcə əhvalım korlanırdı. İşə hazırlaşmağın özünün nə qədər yorucu olduğunu dilə gətirmək belə istəmirəm. Az əvvəl dayanacağa çatanda kofeylə belə ata bilmədiyim yorğunluğum anidən yanımdan ötüb keçən təcili yardım maşınını görməyimlə havaya buxarlandı getdi. Qəfil enerji məni necə ələ keçirdisə, gülümsəməkdən özümü güclə saxladım. Anidən xatırladım işimi nə qədər sevdiyimi, nə qədər yorğun olsam da, təcili yardım maşınına oturduğum an məni gözləyən növbəti macəranın həyəcanı diriltdi məni rəsmən. Yəni sözüm onadır ki, arxayın ola bilərsiniz. Sizi canla-başla müayinə edib köməyini əsla əsirgəməyəcək bir həkim qulluğunuzdadır. Allah bəladan uzaq etsin, ancaq keşiyinizdə dayanan səhiyyə işçilərinə dua etməyi də unutmayın. Sevgilər və sayğılar.

Parapsixoloq

@LilithZaraVenus  Bunu oxuyarkən mən də gülümsəməmi gizləyə bilmədim :') Sənin kimi həkimlər qurtaracaq bu dünyanı, Veneram, var olun ❤️
Reply

Parapsixoloq

Salam, Veneram! Bu gözəl dünyanı daha da gözəlləşdirən varlığına minnətdarlığımı bildirərək sözə başlamaq istəyirəm. Həyat səni qarşıma çıxardığına görə nə qədər minnətdar olsam azdır, həqiqətən. Bu müddət ərzində mənə olan hər tərəfli dəstəyin sözlərlə ifadə olunmayacaq qədər böyükdü. İstər bir rəfiqə kimi, istər böyük bacım kimi, istərsə də bir həkim/yazıçı/oxucu kimi verdiyin məsləhətlərin, bildirdiyin fikirlərin həyatımda böyük rol oynamağa da davam edir. Varlığına ehtiyac duyduğum anlarda sən olmasan indi harada, necə olardım, zehnimin içindəki hansı xaosda boğulurdum, kim bilir. Sadəcə mənə olan qatqılarınla deyil, öz həyatındakı addımlarınla da mən daxil bir çox insana ilham olursan, əminəm. Ağlına qoyduğun hədəfə doğru o qədər cəsarətlə və əmin addımlarla irəliləyirsən ki, içində şübhəyə düşsən belə bunu kimsəyə hiss etdirmirsən. Həqiqi mənada duruşundan, əsalətindən heç nə əskiltmirsən. Qələmini bir mil kimi işlədib ürəyindən sözlər toxuyursan, sətirlərə, səhifələrə çevirirsən. Oxuduqca sənin zehnində dolanır, könlündən keçən hissləri duyuram sanki. 
          Həyatımda həqiqətən əvəzolunmazdır dediyim insanlardan birinə çevrildin, heç şübhəsiz. <3
          
          Səndən öyrəndiyim çox şey var, bunlardan biri də məqsədinə doğru daim irəliləməkdir, nə qədər yavaşlasan, və ya büdrəsən belə. Sən də bütün maneələrə rəğmən yola davam eləyirsən, bilirəm. Diləyirəm, o yolu ən yaxşı və yararlı şəkildə nəticələndirib hədəfinə çatasan.
          
          Çox şadam ki, hər daim yanımda sən vardın. Danışmasaq, görüşməsək belə, bəzən elə anlar olurdu ki, "Zəhra var", "Zəhra bunu eşitsə belə deyərdi", "Zəhra ayağa qalxmağım üçün bunu, bunu deyərdi" deyə səslənirdi zehnim mənə. "Varlığın"dan bəhs edərkən səthi olaraq yox, səni tanıdığım andan etibarən həyatıma daxil olan bütün varlığından bəhs edirəm. "Sən varsan." Beləcə. 
          Və, yaxşı ki, varsan. Saranghae ❤️
          
          - Ən dərin sevgilərimlə, Esther'in ✨

LilithZaraVenus

Ən dərin sevgini burdan, başqa yerdən, dünyanın harasından olursa olsun, hiss eliyirəm, Esthie❤️Təşəkkür eliyirəm✨Başqa bir şey demirəm, çünki qarşılıq verməyə kifayət edəcək bazamda uyğun söz tapa bilmirəm. Sadəcə bunu bilməyini istərdim, Ulduzun Aidəsi onu bütün mənfiliklərdən mühafizə etmək üçün necə həmişə silahlıdısa, mən də Esther üçün öz nacizanə ruhumu sipər etməkdə davam edəcəyəm. Gecən xeyrə❤️✨
Reply

LilithZaraVenus

Əvvəl qərara gəlmişdim ki, Qanqal Çiçəyini böyüdəcəyəm, daha ətraflı, detallarla izah etməyə çalışacağam bütün hekayəni. Buna görə də ana xətdən çıxıb dəfələrlə başdan sona qədər yeni ssenarilər yazdım. Ancaq indi fərqinə varıram. Bu nöqtə gəlib çıxmaq istəmədiyim yerdir, əminəm. Bu hekayə uzanmamalı, detallarla oxucuları yormamalı olan hekayədir. Səhv etdiyimi anladığım üçün artıq növbəti addımım mənə məlum oldu. Çox qısa, incə hekayə xətti olan novella, novella olaraq da qalmalı imiş. Belə, özümüzə dönməyin vaxtıdır artıq, mən bu səfərdən yoruldum, hekayə də məndən.

LilithZaraVenus

@slenderrrr yaxşı sualdı, kiçik hekayə vardı, heç o da bilmirəm hardadı. Amma bitmiş kitab yoxdu heç
Reply

poeticrizzler

@LilithZaraVenus heç tam bitmiş bir kitabın var, Zəhra?
Reply