sən qəribə adamsan, səndən baş açmaq olmur. gah vecsiz görünürsən, gah da ki, diqqətindən kənara qaçmaq olmur. anlamaq çox çətindir, nə sevən tək sevirsən, nə gedən tək gedirsən. nədir fikrin, amalın? nədən belə edirsən? bir gülüşlə qəlbimə, ümid gülü əkirsən. gah da acı sözünlə, köksümə dağ çəkirsən. qorxuram bu sevgidə, təkcə yanan mən olam. gəl öyrətmə özünə, qorxuram bu gedişlə, mən də dönüb sən olam.