Tənhalıq odur ki, elə hey nəyisə gözləyirsən, ancaq nə gözlədiyini bilmirsən, kimisə gözləyirsən, ancaq anlayırsan ki, artıq heç kim gəlməyəcək. Çıxıb gedirsən, bir kəsə bir söz demədən, izah vermədən. Düşünürsən ki, yoxluğun hamı üçün, əsasən də sevdiklərin üçün dözülməz olacaq. Ancaq sonradan anlayırsan ki, heç kim

buna görə pis olmadı, Ümumiyyətlə, heç kim bunun fərqinə belə varmadı. Sənsiz də hamı çox gözəl yaşayır. Sənin getməyinlə qalmağın arasında fərq yoxdur. Sənə elə gəlirmiş ki, sən onlar üçün mühümsən və sən olmasan, onlara pis olar. Əslində isə onlar üçün olan dəyərini çox şişirtmisən. Artıq çoxdandır ki, heç kimi

maraqlandırmırsan, hər kəs öz həyatını yaşayır. Sənə də onların həyatında heç bir yer yoxdur. Ən acınacaqlısı isə budur ki, heç sənin də öz həyatında yer verə biləcəyin bir kəs yoxdur.



























Onsuzda hər zaman məni yarım buraxdılar. Həvəslə bir şey danışarkən, "çox danışırsan" dedilər. Qəh-qǝhələrlə gülərkən yavaş gül dedilər. Hər sözüm dodaqlarımda yarım qaldı. Olsun..
)))))
  • 🇦🇿❤️
  • JoinedJuly 26, 2022


Last Message
kitaqqkurdu19 kitaqqkurdu19 Nov 06, 2022 06:46PM
Qadınsan'sa gülməməlisən... güldün başqasına gülür deyəcəklər, qadınsan'sa ağlamamalısan ağladın sevgi dərdi çəkir deyəcəklər, qadınsan'sa ayrılmamalısan ayrıldın deməli pis yola düşməlisən, qadınsan...
View all Conversations

1 Reading List