Lojiya

                     Mavi gül.....
          	
          	Baxdım pəncərədən solmuş baxçama,
          	Bir mavi gül qalıb,orda tək-tənha.
          	Hər şeyin əksinə zalım həyata,
          	Baş əymədən,cəsur durub,əyilmir....
          	
          	
          	Gah sağa yellənir,gah sola dönür,
          	Küləyə,yağışa o çətin dözür.
          	Zərif ləçəkləri ehmal üzülür,
          	Baş əymədən,cəsur durub,əyilmir....
          	
          	
          	Boylanır ətrafa küskün şəkildə,
          	Solub yarpaqları,bax, üzərində.
          	Yenə də qəlbində qüssə-qəmiylə,
          	Baş əymədən,cəsur durub,əyilmir....
          	
          	Yazan:Lojiya
          	
          	
          	
          	Mavi gül darıxmağın simvolu imiş.Ona görə də "Mavi gül" adlı şeirimi uşaqlığını itirmiş və onun üçün darıxan hər kəsə ithaf edirəm...Qəlbinizdəki uşağı hər zaman qoruyun,onun sizə ehtiyacı var...
          	

MinyoongininaskiMiny

Bu hesab mənə tanış gəlir *-*

MinyoongininaskiMiny

@Lojiya   Olabilər ama məncə o biri hesabdan söhbetimiz olub
Reply

Lojiya

@MinyoongininaskiMiny  üzrlü say vattyyə tez tez girə bilmirəm deyə indi görürəm mesajı.Minyoongiaşkı hissəsi tanışdı amma tam xatırlaya bilmirəm hələ də ki necə bir söhbətimiz olub :')
Reply

Lojiya

                     Mavi gül.....
          
          Baxdım pəncərədən solmuş baxçama,
          Bir mavi gül qalıb,orda tək-tənha.
          Hər şeyin əksinə zalım həyata,
          Baş əymədən,cəsur durub,əyilmir....
          
          
          Gah sağa yellənir,gah sola dönür,
          Küləyə,yağışa o çətin dözür.
          Zərif ləçəkləri ehmal üzülür,
          Baş əymədən,cəsur durub,əyilmir....
          
          
          Boylanır ətrafa küskün şəkildə,
          Solub yarpaqları,bax, üzərində.
          Yenə də qəlbində qüssə-qəmiylə,
          Baş əymədən,cəsur durub,əyilmir....
          
          Yazan:Lojiya
          
          
          
          Mavi gül darıxmağın simvolu imiş.Ona görə də "Mavi gül" adlı şeirimi uşaqlığını itirmiş və onun üçün darıxan hər kəsə ithaf edirəm...Qəlbinizdəki uşağı hər zaman qoruyun,onun sizə ehtiyacı var...
          

Lojiya

Bir gül düşün əzizim,
          Tikanlarından azad.
          Görürsənmi o gülü,
          Tutmaq olur çox asand.
          
          Bir gül daha düşün sən,
          Hər tərəfi tikanlı.
          Hər insan tuta bilməz,
          Bax,o gülü inamlı.
          
          Daima qorxu olar,
          "Görən tikan batarmı?"
          Başqa tərəfdən tutsam,
          "Tikan əlimi cızarmı?"
          
          İnsanlar da belədir,
          Kimisi tikansızdı.
          Hər kəslə deyib gülən,
          Yola gedən insandı.
          
          Bəziləri tam tərsi,
          Sivridir tikanları.
          Ehtiyatlı olmasan,
          Görəcəksən onları.
          
          Kimisinin baxışı,
          Mülayim olsa belə.
          Onun sərt xasiyyəti,
          Dözülməz gələr sənə.
          
          Başqasının gözləri,
          Baxsa da hər kəsə sərt.
          Onların xarakteri,
          Olar çoxusundan mərd.
          
          Bəziləri insana,
          Olurlar yaman qaba.
          Qəlbinin dərinində,
          Gizlədər bir çox yara.
          
          Kimisi sərt danışar,
          Deyərsən ki, "kobuddu".
          Halbuki kobudluğu,
          Onları qoruyubdu.
          
          Saydığım bu insanlar,
          Çox şey görüb,yaşayıb.
          "Tikanlarını" onlar,
          Bircə bircə artırıb.
          
          Çalışın incitməyin,
          Siz həmin insanları.
          Həyat incidib onsuz,
          Tükədibdir onları.
          
          Ehtiyatla davranın,
          Yormayın qəlblərini.
          Onsuz çox yorğundurlar,
          Bərk tutun əllərini.
          
          Həm gör şair nə deyib,
          Necə gözəl söyləyib.
          Sanki bu insanların,
          Dərdin dilə gətirib.
          
          Çəkə bilməsən əgər,
          Sən o gülün nazını.
          Nə gülü incitmə sən,
          Nə də ki tikanını.
          
          
          Yazan:Lojiya