Bestiii💛🍀🧿
9 stories
ŠOYĞUN  ( +16 )  by Asterya03
Asterya03
  • WpView
    Reads 341
  • WpVote
    Votes 116
  • WpPart
    Parts 5
Doqquz gənc bir gün Moskva Milli Bankını soymağı qərara alarsa nə olar ? Əyləncə dolu və bir o qədərdə həyəcan verici dünyamıza qatılmağa hazırsınızmı ?
KADR 092 by Aliyeva611
Aliyeva611
  • WpView
    Reads 209
  • WpVote
    Votes 42
  • WpPart
    Parts 5
Novxanıda bir yaya hazırsan?
ÖLÜMLƏ SÖZLƏŞMƏ by ryazar17
ryazar17
  • WpView
    Reads 3,925
  • WpVote
    Votes 489
  • WpPart
    Parts 16
❝Ölüm bir dəfə gəlmir. Bəzən səni xilas edənlə gəlir.❞ ⚠️ Xəbərdarlıq Bu hekayədəki bütün personajlar və hadisələr xəyal məhsuludur. Hekayədə göstərilən qadağan olunmuş maddələr və təhlükəli hərəkətlər real həyatda təhlükəlidir. Lütfən, bunları yalnız hekayə kontekstində qiymətləndirin.
Ayazda açan Çiçək by Ayan_t_09
Ayan_t_09
  • WpView
    Reads 117
  • WpVote
    Votes 25
  • WpPart
    Parts 4
Atasının onları qoyub getdiyi 10 ildən sonra yenidən və yeni insanlarla geri dönərkən Çiçəyin həyatına da yeni nəfəs yeni toxunuşlar gələcək.Heç gözləmədiyi anda həyatına daxil olan yad biri zamanın səssiz axarında onun üçün yavaş-yavaş doğmalaşacaq.Heç dadmadığı duyğuları onunla dadacaq,keçilməz dediyi yolları onunla keçəcək və ən qaranlıq anlarda onunla parlayacaq.Çiçəyin və sevdiklərinin bəzən sınaqlarla üzləşəcəyi,bəzən də sadəcə bir günəş işığından ümidlərini yenidən qazandıqları anları,bəzən də bir qucaqlaşmanın ailə olmağı necə bəzədiyinin şahidi olacağımız bir kitaba başlayırıq
İlk Bahar by ayparass
ayparass
  • WpView
    Reads 162
  • WpVote
    Votes 24
  • WpPart
    Parts 1
Aşbaz olmaq istəyən qız ilə buna məcbur edilən oğlanın məktəb hekayəsi... 16 yaşlı Baharın telefonuna bir gün yad nömrədən mesaj gəlir. Bahar, bu mesajı önəmsəmir və həyatına dəvam edir. Bir gün dostu ilə peşəyə sənəd verməyə getdiyində bir oğlanla toqquşur. Ona fikir verməyərək qeydiyyatı edir ancaq oğlanın çoxdan fikrini yayındırmışdır hərəkətləri ilə. Məktəb başlayanda dostu ilə eyni sinifə düşür və siniflərinə gedir. Sinifə daxil olduğunda yeni dostlarına göz gəzdirərkən, arxada oturan oğlan da qalır gözləri. Çünki bu oğlan ad günündə gördüyü ilə toqquşduğu oğlan idi. Bahar, təsadüflərə inanmayan, tale ilə irəliləyən biri olduğu üçün bu hadisə, onun ağlından çıxmamağa başlayır. Ayrılıqlar araya girdik də, sevgi bitməzdi. Ruh bağımızın olduğu insanla aramızda qırmızı bir ip olardı. O ip hər nə qədər qırılma nöqtəsinə çatsa da, qırılmazdı. Tale insanları bir-biri ilə qarşılaşdırıb, onların göstərdiyi səyə buraxardı hər şeyi. Bəs siz taleyə və təsadüfə inanırsınız?
SƏRHƏDDƏKİ KABUS 🦅🦂 (18+) by theuser1234
theuser1234
  • WpView
    Reads 1,037
  • WpVote
    Votes 350
  • WpPart
    Parts 22
"Hər kəs onun daşdan bir qadın olduğunu düşünürdü. Saçından tutulub suyun altında saniyələrlə boğulan, öz əlləri ilə öz dırnaqlarını sökən bir qızın necə daşa çevrildiyini kimsə bilmirdi. Amma o daş, bir zəhərlə qarşılaşdı. Əqrəbin zəhəri ilə... Biri hərbi intizamın içində gizlənən bir Kabus, digəri isə daxilindəki qaranlıqla hər şeyi məhv etməyə hazır olan bir Əqrəb. Qan dadını çox yaxşı bilən bu iki ruh qarşılaşanda, keçmişin qanlı sazişləri bir-bir ortalığa töküləcək. Çünki intiqam, dikdaban ayaqqabının altında əzilən bir qatilin iniltisindən daha şirindir."
Taleyin qırmızı ipi by AnyaYakar0
AnyaYakar0
  • WpView
    Reads 1,405
  • WpVote
    Votes 287
  • WpPart
    Parts 11
Yazdığım "Taleyin qırmızı ipi"adlı kitabın qurğusu öz şəxsimə aiddir.Hər hansı bir surətin çıxarılması,kopyalanması,alıntı halında dərhal hüquqi proses başlanacaqdır. Rusiyada təhsil alıb illər sonra Azərbaycana qayıdan Mira İvanova, məşhur Miran Vasilievin rəhbərlik etdiyi Dizayner Holdinqdə iş görüşməsinə getməyə hazırlaşır. Lakin bir gecə dostları ilə qatıldığı partidən sonra evə qayıdarkən narahatlaşıb yolda huşunu itirir və həyatını dəyişəcək bir qarşılaşma baş verir. Eyni vaxtda Miran Vasilievin ailəsi onu görücü üsulu ilə evləndirmək istəyir. Miran əvvəl razı olmasa da, evlənəcəyi qızın onun keçmişdə məktəb illərində sevdiyi qız olduğunu öyrənir və qərarını dəyişir. Bəs o qız kimdir? Bu sadəcə bir təsadüfdür, yoxsa taleyin onları illər sonra yenidən birləşdirən qırmızı ipi?
Kardio-Drama by apinkluna25
apinkluna25
  • WpView
    Reads 7,737
  • WpVote
    Votes 674
  • WpPart
    Parts 17
Bakının ən prestijli xəstəxanası olan DiaqnoMed klinikasında iki qütb nüfuz uğrunda bir-birilə əzəli rəqabət aparırdı : "Elitlər" və professional həkimlərdən ibarət olan "Qızıl Liqa" komandası. 4-cü kurs Tibb tələbəsi olan Simay isə burada assistantlığa başladığı ilk gündən etibarən bu iki komandanın, habelə iki məşhur cərrah arasındakı rəqabətin əsas oyunçusuna çevrilmişdi. Həkimlərarası əyləncəli xaoslarla, sevgi üçbucaqları və müxtəlif intriqalarla dolu olan bu klinikada insanı sağ saxlayan tək bir şey var idi: Heç qopmayan dostluq bağları.. Diqqət! Hekayəyə başlayarkən əllərimizi spirtləməyi unutmayaq, çünki buradakı xəstələrin heç də hamısı klinikanın pasientləri deyil..
İyirmidən Geriyə  by keerimovaaaa
keerimovaaaa
  • WpView
    Reads 1,138
  • WpVote
    Votes 161
  • WpPart
    Parts 3
19 may, 2026. ✮ Bütün dünyanın onun ətrafında döndüyünü sanan Yasəmən üçün universitetdən sonrakı həyat tam mənası ilə qayğısız bir əyləncədən ibarət idi. Lakin atasının səbr kasasını daşıran sonuncu avtomobil qəzası hər şeyi alt-üst edir. Cəza olaraq bütün imkanları və lüks həyatı əlindən alınan Yasəmən, tək bir çamadanla Gəncədəki bibisinin yanına sürgün edilir. ​Bakının parıltılı dünyasından Gəncənin qızmar yay istisinə düşən gənc qızı burada tamamilə yad bir mühit və əsla yola gedə bilməyəcəyi yeni insanlar qarşılayır. Həyatında ilk dəfə ayaqları üzərində durmağa çalışan hər addımında yeni bir bəlaya bulaşan bu şəhərli qızın Gəncə məhəlləsinə ayaq uydurmaqdan başqa çarəsi yoxdur. Amma bilmədiyi bir şey var; Onun gəlişi məhəllədə uzun zamandır üstü gizlədilən bir planın da fitilini atəşləyir. ✮ Başlama tarixi: 15 mart, 2026. Bitirmə..