Azərbaycan İnciləri✨️
15 stories
İTKİN HƏQİQƏT by aliyevaleyla6677
aliyevaleyla6677
  • WpView
    Reads 135
  • WpVote
    Votes 28
  • WpPart
    Parts 2
Altı il əvvəl baş vermiş və üstü örtülmüş bir cinayətin izinə düşən baş detektiv Nərgiz Zərgərli araşdırma dərinləşdikcə dəhşətli bir həqiqətlə üzləşir: ölümü ilə bağlı bütün sübutlar saxtadır və ölmüş hesab edilən şəxs əslində sağdır - özü də Nərgizin heç vaxt təxmin edə bilməyəcəyi biridir. Lakin həqiqətə aparan yolda onun qarşısında daim eyni maneə dayanır: vəkil Fərhad Xəlilov. Nərgiz hər addımda onun müdaxiləsi ilə qarşılaşdıqca, cinayətin arxasındakı sirrin Fərhadla nə qədər bağlı olduğunu anlamağa başlayır.
İyirmidən Geriyə  by keerimovaaaa
keerimovaaaa
  • WpView
    Reads 4,232
  • WpVote
    Votes 457
  • WpPart
    Parts 8
19 may, 2026. ✮ Bütün dünyanın onun ətrafında döndüyünü sanan Yasəmən üçün universitetdən sonrakı həyat tam mənası ilə qayğısız bir əyləncədən ibarət idi. Lakin atasının səbr kasasını daşıran sonuncu avtomobil qəzası hər şeyi alt-üst edir. Cəza olaraq bütün imkanları və lüks həyatı əlindən alınan Yasəmən, tək bir çamadanla Gəncədəki bibisinin yanına sürgün edilir. ​Bakının parıltılı dünyasından Gəncənin qızmar yay istisinə düşən gənc qızı burada tamamilə yad bir mühit və əsla yola gedə bilməyəcəyi yeni insanlar qarşılayır. Həyatında ilk dəfə ayaqları üzərində durmağa çalışan hər addımında yeni bir bəlaya bulaşan bu şəhərli qızın Gəncə məhəlləsinə ayaq uydurmaqdan başqa çarəsi yoxdur. Amma bilmədiyi bir şey var; Onun gəlişi məhəllədə uzun zamandır üstü gizlədilən bir planın da fitilini atəşləyir. ✮ Başlama tarixi: 15 mart, 2026. Bitirmə..
QƏFİL YAZ by springdolphin
springdolphin
  • WpView
    Reads 6,386
  • WpVote
    Votes 1,433
  • WpPart
    Parts 14
Bəzən həyatın ən gözlənilməz anlarında, qışın soyuğundan sonra içimizə sızan bir Bahar olur. Qəfil başlayan, amma dərin izlər buraxan bir eşqlə doludur. Hər baxış, hər söz, sanki əvvəlcədən planlanmış bir möcüzədir ... ****** Güclü soyuqladığı üçün universitetin son kursuna bir neçə həftə gec başlayan Ruxsar geri döndüyündə hər şey əvvəlki kimidir. Eyni dostlar, eyni universitet həyatı... Sadəcə bir fərqlə - hər kəs bir nəfərdən danışır. Universitetdə qısa müddətdə məşhurlaşmış o oğlan. Onun adı ilə tez-tez qarşılaşsa da, yollarının kəsişəcəyini heç düşünmür. Ta ki təsadüfən oğlanın şəxsiyyət vəsiqəsini tapana qədər. Kiçik bir təsadüf ilə başlayan tanışlıqdan sonra isə hər şey dəyişməyə başlayır. Oğlan tez-tez qızın qarşısına çıxır, onunla danışmağa bəhanələr tapır, yaxınlaşmağa çalışır. Universitetdə hər kəsin diqqətini çəkən biri olduğu halda, ilk dəfə bir nəfərə qarşı fərqli hiss etməyə başlayır. Ruxsar ilk başda bu vəziyyətdən heç məmnun qalmır. Hər dəfə onu özündən uzaqlaşdırmağa çalışır. Amma sonra, vəziyyət onun üçün də dəyişməyə başlayır. ****** Kitabın adının,mövzusunun kopyalanması və ya bənzər ad qoyulması qadağandır !
Yaxınlıqdan Uzaqlığa  by Perii135263
Perii135263
  • WpView
    Reads 1,151
  • WpVote
    Votes 222
  • WpPart
    Parts 9
Keçmişin əsiri olan və öz keçmişinə görə işindən ayrılan kriminalist, bir gecə baş vermiş dəhşətli cinayətə görə işinə geri qayıdır. Bu cinayəti araşdırmaq və cinayətkarı tapmaq ona tapşırılır. Amma bu cinayətdən sonra başqa cinayətlər də baş verir. Hər bir cinayətdə psixoloji mesajlar tapılır. Və bir gecə ilə gənc kriminalistin həyatı dəyişir...
121-Cİ ELEMENT (Tamamlandı) by apinkluna25
apinkluna25
  • WpView
    Reads 8,172
  • WpVote
    Votes 894
  • WpPart
    Parts 32
2050-ci il Bakısı: elektrikli maşınlar, neon işıqlarla bəzədilmiş binalar, kiçik dükanlar əvəzinə tikilmiş böyük MALL-lar, köhnə tikililəri əvəz edən böyük yaşayış kompleksləri.. Lakin bütün bu modern dəbdəbənin içində şəhəri qaranlığa qərq edən ani və silsilə ölümlər gənc müstəntiq olan Günəş Səmədovanı yeni bir istintaqın pəncəsinə atır. Bu ölümlərin arxasıyca düşən Günəş öz toy gecəsində xəyanətə məruz qaldığını öyrəndikdən dərhal sonra "təsadüfən" qarşısına gənc bir alim çıxır. Bu alim 25 yaşında professor titulu almış Şahin Monterro idi, hansı ki, Mendeleyev cədvəlinin 121-ci elementini kəşf etmək niyyətində idi. Lakin, gənc professorun tək hədəfi bu deyildi: Onu İtalyadan ata vətəninə- Azərbaycana gətirən çox daha dərin, intiqamla yoğrulmuş bir məqsəd var idi. Bu məqsəd isə həm Günəşi, həm də onun ailəsindəki hər kəsi görünməz "Səltənət Müharibəsinin" başroluna çevirəcəkdi.
Kardio-Drama by apinkluna25
apinkluna25
  • WpView
    Reads 19,098
  • WpVote
    Votes 1,504
  • WpPart
    Parts 21
Bakının ən prestijli xəstəxanası olan DiaqnoMed klinikasında iki qütb nüfuz uğrunda bir-birilə əzəli rəqabət aparırdı : "Elitlər" və professional həkimlərdən ibarət olan "Qızıl Liqa" komandası. 4-cü kurs Tibb tələbəsi olan Simay isə burada assistantlığa başladığı ilk gündən etibarən bu iki komandanın, habelə iki məşhur cərrah arasındakı rəqabətin əsas oyunçusuna çevrilmişdi. Həkimlərarası əyləncəli xaoslarla, sevgi üçbucaqları və müxtəlif intriqalarla dolu olan bu klinikada insanı sağ saxlayan tək bir şey var idi: Heç qopmayan dostluq bağları.. Diqqət! Hekayəyə başlayarkən əllərimizi spirtləməyi unutmayaq, çünki buradakı xəstələrin heç də hamısı klinikanın pasientləri deyil..
Gizli Qalibiyyət  by Zeynab_writer
Zeynab_writer
  • WpView
    Reads 1,031
  • WpVote
    Votes 263
  • WpPart
    Parts 11
İl 2029... Atalarının qatilini tapmağa çalışan iki qadın. Onlar 2019-cu ildə atalarının bir mərmiyə qurban getdiyinə şahid olmuşdular və o gün onların bütün məsuliyyəti əllərindən alınmışdı. ​2029-cu ildə isə onlar sadəcə siravi bir insan yox, Cinayət Vəkili və Baş həkim idilər. Onların bir tək düşməni var idi: illər əvvəl qaçırılmış və Rusiyada yaşamış rus mafiyası Cəsur Qocaqurdu... O, Gülnar və Sevincin atasını öldürən şəxsin oğlu idi. ​Bəs onların atasını öldürməkdə səbəbi nə idi? Onlar necə Qoca Qurdu tanmırdılar? Birinci sualın cavabını gələcək zamanda bir yerdə öyrənəcəyik! İkinci sualın cavabı isə aşağıdakı sətirlərimdə... ​Sevinc (Gülnarın bacısı) restoranda oturub qarşısına qoyulacaq yeməyi gözləyirdi. Bəlkə də bu onu yeyəcəyi son yemək olacaqdı. Çünki yeməyin içində Asetonidril və Vekuronicem var idi. Asetonidril və Vekuronicem insana nə edə bilərdi? İnsan bədənini tamamilə ələ keçirir. Keyidir və keyiməklə qalmayıb, nəfəs darlığı və bədəndə daşlaşmaya səbəb olur. ​Lakin burda canı ilə vurmuşam təkcə Sevinc olmur. Səhər saatlarda dərmanın işə yarıyıp yaramadığını yoxlamaq üçün ölən 16 yaşlı məsum dilənçi qızcığaz və dünyaya yeni göz açmış sadəcə 1 saat 30 dəqiqə 15 saniyə yaşaya bilən günahsız körpə... Bəs onların taleyi necə olacaq? Heç bir qan tökülmədən qısas almaq mümkün olacaqmı? Ağıllı oyunlar ilə intiqamın alınmasında daha neçə qurban gedəcək?
Yağışın Pıçıltısı by fakhriia
fakhriia
  • WpView
    Reads 12,382
  • WpVote
    Votes 1,272
  • WpPart
    Parts 4
Gizlədilən bütün həqiqətlər açığa çıxdıqda, həyatı alt üst olan 19 yaşlı qızın və ona yaxşı gələn bir gəncin hekayəsi... Yağışın Pıçıltısı- kitabın tək melodiyası. [ Qeyd: bu mənim ilk hekayəmdir. 15 yaşımda yazdığım üçün,sujet xəttini və.s mühakimə etmədən əvvəl nəzər alın ] Kitab yazılıb - 11.05.2020
Parçalanmış Həyatlar . by afetyazarr
afetyazarr
  • WpView
    Reads 519
  • WpVote
    Votes 116
  • WpPart
    Parts 11
qarışıq bir hekayə. Bədbəxtliyin pəncəsində olan Mehrinin Oğuz ilə tanışlığı. Onların bir birinə dərman olması haqda mövzu
Sınıq Qum saatı I- Oyanış by fawnasfm
fawnasfm
  • WpView
    Reads 3,141
  • WpVote
    Votes 535
  • WpPart
    Parts 12
Ədalətsiz insanlar ya nökərdir ya da nökər. Ədalətsiz bir insan məhbus ola bilər ancaq dərdini ədalətli çəkər. Ədalətsiz insan özünü şah elan edər ancaq insanlar onu taxtdan endirər.İnsanlar insafsız olmaz, insanlar vicdanasız ola bilər. Və vicdanı olmayan şəxsin içində biraz olsun insanlıq olmaz. Bir gün gələr bütün işıqları sönər ancaq təzədən yandırmağı nə vicdanına nədə insafına sığdıra bilməz.Ədalətin kölkəsində yaşayanlar vicdanlı deyil qorxaqdır. Günəş batar kölgə çəkilər,qorxaqlar kəsilər. Geriyə nə yalan qalar nədə yalançı.Ədalətin özü isə ya vicdan tapar yada vicdanlını.Bir qum saatı başlat çünki, ədalətsiz bir ölkənin işığı heç vaxt yanmaz. Cəhli-namərdin qızı və mərdin oğlunun romanına xoş gəldiniz. Kitabdaki hərşey xəyal və uydurmadan ibarətdir. reallıqdan uzaqda bir hekayə. Başqa bir həyatın olmadığı bir kitab.