enternallight
- Reads 401
- Votes 132
- Parts 4
Heydər Mirzə və İsmayıl Mirzə ayrı-ayrı vaxtlarda Şah Təhmasibin ən sevdiyi övladları olmuşdu. Hər kəs gələcəyin şahının onlardan biri olacağını düşünürdü. Və hər ikisi bir gün layiq görüldüyü taxta çıxdı. Amma arzuları yarımçıq qaldı, həyatları faciə ilə sona çatdı. Çünki hələ onlar doğulmamış qədim bir kəhanət onların taleyinə kölgə salmışdı. Suhail və Sürəyya ulduzları eyni səma altında toqquşduğu zaman onların bəxtini oğurladı. Ancaq aradan əsrlər keçdi və bir gecə Suhail ilə Sürəyya yenidən eyni səmanın altında birləşdi. Ulduzlar əsrlər əvvəl oğurladıqları bəxti geri qaytardı. İndi isə tale ulduzlar əlində yox onların əlində idi. Bəs həyatı ikinci dəfə yaşadığını bilməyən iki qardaş bu səfər öz faciələrini dəyişə biləcək, yoxsa yenidən eyni sonluğa mı məhkum olacaqdı?