Bəyəndiyim Azərbaycan Kitabları
11 stories
Taleyin Sahibləri  by enternallight
enternallight
  • WpView
    Reads 422
  • WpVote
    Votes 144
  • WpPart
    Parts 4
Heydər Mirzə və İsmayıl Mirzə ayrı-ayrı vaxtlarda Şah Təhmasibin ən sevdiyi övladları olmuşdu. Hər kəs gələcəyin şahının onlardan biri olacağını düşünürdü. Və hər ikisi bir gün layiq görüldüyü taxta çıxdı. Amma arzuları yarımçıq qaldı, həyatları faciə ilə sona çatdı. Çünki hələ onlar doğulmamış qədim bir kəhanət onların taleyinə kölgə salmışdı. Suhail və Sürəyya ulduzları eyni səma altında toqquşduğu zaman onların bəxtini oğurladı. Ancaq aradan əsrlər keçdi və bir gecə Suhail ilə Sürəyya yenidən eyni səmanın altında birləşdi. Ulduzlar əsrlər əvvəl oğurladıqları bəxti geri qaytardı. İndi isə tale ulduzlar əlində yox onların əlində idi. Bəs həyatı ikinci dəfə yaşadığını bilməyən iki qardaş bu səfər öz faciələrini dəyişə biləcək, yoxsa yenidən eyni sonluğa mı məhkum olacaqdı?
ÖLÜMLƏ SÖZLƏŞMƏ by ryazar17
ryazar17
  • WpView
    Reads 3,961
  • WpVote
    Votes 506
  • WpPart
    Parts 16
❝Ölüm bir dəfə gəlmir. Bəzən səni xilas edənlə gəlir.❞ ⚠️ Xəbərdarlıq Bu hekayədəki bütün personajlar və hadisələr xəyal məhsuludur. Hekayədə göstərilən qadağan olunmuş maddələr və təhlükəli hərəkətlər real həyatda təhlükəlidir. Lütfən, bunları yalnız hekayə kontekstində qiymətləndirin.
NƏRGİZ by lalezarr
lalezarr
  • WpView
    Reads 419
  • WpVote
    Votes 89
  • WpPart
    Parts 7
1997-ci ildə baş vermiş bir cinayət. Mərhumun oğlu ailəsini araşdırmağa başlasa, bu araşdırma onu cinayətkarın qızına aparsa, hadisələr necə davam edər? Nəticə dəyişərmi, ya elə həqiqət budur? Mövcud həqiqət varmı? - Tam olaraq cinayət necə baş verib? Hadisə sadəcə qətllə kifayətlənirmi? Kim bilə bilər? - Bir qətl neçə həyatın taleyini dəyişə bilər? Qeyd - Mövzu sadəcə cinayət üzərindən getmir.
ŞAH: GİZLİ GEDİŞ  by theuser1234
theuser1234
  • WpView
    Reads 197
  • WpVote
    Votes 83
  • WpPart
    Parts 8
♟️ ŞAH: Gizli Gediş Biri şəhərin göydələnlərini tikir, digəri həmin binaların arxasında qaranlıq imperiyalar qurur. Tamerlan Sancaq (Kərkəs) və Milan Verdiyeva (Şah). Görünürdə uğurlu biznesmenlər, əslində isə düşmən ailələrin qanlı mirasını daşıyan iki amansız rəqib. Bakının parıltılı fasadları arxasında, silah və medianın kəsişdiyi o qaranlıq nöqtədə onlar sadəcə bir-birini məhv etmək üçün yaşayırlar. Hər görüş bir şahmat gedişi, hər qərar isə bir ölüm-dirim savaşıdır. Şahmat taxtasında "Şah" heç vaxt öldürülməz... sadəcə "Mat" edilər. Oyun başlayır. Sən hansı tərəfdəsən?
İpək  by Norvill
Norvill
  • WpView
    Reads 553
  • WpVote
    Votes 120
  • WpPart
    Parts 7
Dörd yaşında bir uşağın bütün dünyası bir anda dağıldı. Bir yol qəzası onun təkcə valideynlərini yox, uşaqlığını, gülüşünü və təhlükəsizlik hissini də əlindən aldı. Heç kimin sahib çıxmadığı balaca İpək uşaq evinə göndərildi. Orada keçən illər sevgi ilə deyil, soyuq divarlar, haqsızlıqlar və bitməyən göz yaşları ilə yadda qaldı. O, hər gecə bir gün həyatının dəyişəcəyinə inanaraq gözlərini yumurdu. Doqquz yaşında tale nəhayət onun üzünə gülümsədi. Nüfuzlu və varlı bir ailə İpəyi övladlığa götürdü. İlk dəfə özünü "ev" adlandıra biləcəyi bir yerdə yaşamağa başladı. Keçmişinin yaraları tam sağalmasa da, gələcəyə ümid etməyi öyrəndi. Hər kəs elə bilirdi ki, İpəyin kabus dolu həyatı artıq geridə qalıb. Lakin həyatın onun üçün hazırladığı ən böyük sirr hələ açılmamışdı... İpək on səkkiz yaşına çatdığı gün hər şey yenidən dəyişdi. Təsadüfən öyrəndiyi bir həqiqət illərlə gizlədilən sirləri üzə çıxardı. Valideynlərinin ölümü sadəcə adi bir yol qəzası deyildi. Onun keçmişi, əsl kimliyi və qarşısına çıxacaq insanlar İpəyi təhlükələrlə, xəyanətlərlə və gözlənilməz həqiqətlərlə dolu bir yolun başlanğıcına aparacaqdı. İndi İpək yalnız keçmişini öyrənmək üçün deyil, həm də öz taleyini yazmaq üçün mübarizə aparmalıdır. Çünki bəzi həqiqətlər insanı azad etmir... onları geri dönüşü olmayan bir oyunun içinə çəkir.
SƏRHƏDDƏKİ KABUS 🦅🦂 (18+) by theuser1234
theuser1234
  • WpView
    Reads 1,039
  • WpVote
    Votes 350
  • WpPart
    Parts 22
"Hər kəs onun daşdan bir qadın olduğunu düşünürdü. Saçından tutulub suyun altında saniyələrlə boğulan, öz əlləri ilə öz dırnaqlarını sökən bir qızın necə daşa çevrildiyini kimsə bilmirdi. Amma o daş, bir zəhərlə qarşılaşdı. Əqrəbin zəhəri ilə... Biri hərbi intizamın içində gizlənən bir Kabus, digəri isə daxilindəki qaranlıqla hər şeyi məhv etməyə hazır olan bir Əqrəb. Qan dadını çox yaxşı bilən bu iki ruh qarşılaşanda, keçmişin qanlı sazişləri bir-bir ortalığa töküləcək. Çünki intiqam, dikdaban ayaqqabının altında əzilən bir qatilin iniltisindən daha şirindir."
Qisas by gunay_abbasova
gunay_abbasova
  • WpView
    Reads 1,468
  • WpVote
    Votes 256
  • WpPart
    Parts 24
QİSAS GERİ DÖNDÜ! Hər kəs öz içində bədbəxtdir! Qisas hər zaman yanıldar.🖤
Vəba by sblackks19
sblackks19
  • WpView
    Reads 1,600
  • WpVote
    Votes 363
  • WpPart
    Parts 19
"Bu hekayə ağır psixoloji işgəncə, qəddarlıq və qaranlıq mövzuları ehtiva edir. Təsvir olunan hadisələr sistemin və mütləq hakimiyyətin gətirdiyi vəhşəti tənqid etmək məqsədi daşıyır və heç bir halda real zorakılığın təbliği deyil."
Persona  by sblackks19
sblackks19
  • WpView
    Reads 226
  • WpVote
    Votes 63
  • WpPart
    Parts 5
"İnsan üzünə maska keçirəndə yalan danışmır, əksinə, cəmiyyətdən gizlətdiyi ən dürüst canavarını azad edir." 2006-cı il. Aşağıda yoxsulluğun boğduğu Nekropolis, yuxarıda isə elitanın günahlarını gizləyən Olimp. Bu təpədəki qəsrin qapıları yalnız bir şərtlə açılır. Üzündə daxili qaranlığını əks etdirən bir maska daşımalısan. Burada adlar yoxdur, burada qanunlar keçərsizdir. Qızıl, gümüş və qırmızı maskaların arxasında dünyanın ən güclüləri öz mənəvi çürümüşlüklərini bayram edirlər. Lakin zala doğru irəliləyən gənc bir oğlanın üzündə heç bir ifadəsi olmayan mat qara bir maska var. Səssiz Şeytan. O, bura bu oyunu bəzəməyə gəlməyib. O, Olimp elitasının içinə sızmış ən böyük xain, maskaları tək-tək üzlərdən qoparmağa and içmiş səssiz bir qatildir. Real tarixi skandalların sətiraltı şifrələri ilə toxunmuş, qaranlıq və distopik bir intiqam hekayəsi. Oyun başlayır.