lalezarr's Reading List (AZE)
11 stories
SON NƏFƏSƏ QƏDƏR by aliyevaleyla6677
aliyevaleyla6677
  • WpView
    Reads 853
  • WpVote
    Votes 245
  • WpPart
    Parts 9
2030-cu il: İnsanlığın və qanunların süni intellektin rəqəmsal pəncəsində boğulduğu bir əsr... Ədalətin tamamilə külə döndüyü, hüquq kitablarının üzərini qalın bir toz təbəqəsinin örtdüyü və vicdanın yerini qəddar alqoritmlərin aldığı bir dünya. İnsanlar artıq öz talelərini deyil, onları idarə edən metal və kod yığınlarının əmrlərini yaşayırlar. Hər kəs bu soyuq cəhənnəmdə yox olacağı günü gözləyərkən, qaranlığı parçalayan tək bir şey var idi: Yarım qalmış, xarabalıqlar altında boğulmuş bir sevgi hekayəsi. Ədaləti yenidən inşa etmək asan olardımı? Yoxsa hər kəs, bu sevgini yarım qoyan rəqəmsal cəhənnəmin içində bir-bir fəna olacaqdı? Müəllif hüquqları qorunur.Əsərin kopyalanması başqa platformalarda paylaşılması qətiyyən qadağandır!Baş verdiyi təqdirdə hüquqi prosedur başladılacaq..
TƏBİƏTİMİN PARÇASI (DÜZƏNLINİR!) by Aurelia_0710
Aurelia_0710
  • WpView
    Reads 1,077
  • WpVote
    Votes 344
  • WpPart
    Parts 5
-"Məni qorxudursan Aynişan çox mükəmməlsən, qorxulu olanda budu məni zəiflədirsən. Mənə demişdin sənə olan marağım bitməyim çalış bu marağı itir yoxsa mən sənə vurularam." ﹏͚̈̈﹏͚̈̈﹏͚̈̈﹏͚̈̈﹏͚̈̈﹏͚̈̈﹏͚̈̈ ༻ ⚘️ ༺﹏͚̈̈﹏͚̈̈﹏͚̈̈﹏͚̈̈﹏͚̈̈﹏͚̈̈﹏͚̈̈﹏ -"Bir özümə nazım keçər, birdə özümə çatar gücüm. Həmişə mən çox sevmişəmdir, amma hekayələrim nədənsə hər dəfə yarımdır. "Qismət deyilmiş" deyə sinəmə çəkər , haqqımı isə hər dəfə halal edərəm. Çünkü; sevdamı yük bilənlər nə bilər ki, "ehh" lərimin ağırlığını. Elədiklərimində və hətta edə bilmədiklərimin də tək səbəbi sevməyimdir. Əgər günahım və əgər sənə çox gələn budusa söz verirəm özümə... Bir daha belə sevmərəm..." Hər kəsin bu dünyada bir sonluğu var, eynilə öz dünyası olduğu kimi... Bəs bir-birindən uzaq düşmüş iki fərqli ruh eyni təbiətin parçası ola bilərmi? Aynişanın zərifliyi və Cəsurun daxili qorxuları qarşı-qarşıya gəlir. Keçmişin silinmiş izləri, yalanlar, yanlış seçimlər və yarım qalmış bir sevgi... "Söz verirəm özümə... Bir daha belə sevmərəm." deyən bir qəlbin peşmanlıqla, çətinliklərlə və gizli qalan xatirələrlə dolu olan mübarizəsi. Keçmişin kölgəsində, bir-birini həm var edən, həm də zəiflədən iki insanın hekayəsi...
NƏRGİZ by lalezarr
lalezarr
  • WpView
    Reads 482
  • WpVote
    Votes 96
  • WpPart
    Parts 7
1997-ci ildə baş vermiş bir cinayət. Mərhumun oğlu ailəsini araşdırmağa başlasa, bu araşdırma onu cinayətkarın qızına aparsa, hadisələr necə davam edər? Nəticə dəyişərmi, ya elə həqiqət budur? Mövcud həqiqət varmı? - Tam olaraq cinayət necə baş verib? Hadisə sadəcə qətllə kifayətlənirmi? Kim bilə bilər? - Bir qətl neçə həyatın taleyini dəyişə bilər? Qeyd - Mövzu sadəcə cinayət üzərindən getmir.
Nekroz by aytacaliiyeva
aytacaliiyeva
  • WpView
    Reads 437
  • WpVote
    Votes 86
  • WpPart
    Parts 5
Bakıda başlayan naməlum yoluxma əvvəlcə adi virus kimi görünür. Qısa müddət sonra isə insanların davranışlarında izaholunmaz dəyişikliklər baş verir. Heç kim bunun necə başladığını bilmir. Heç kim bunun virus olub-olmadığına belə əmin deyil. Bəs nədir bu?
İpək  by Norvill
Norvill
  • WpView
    Reads 566
  • WpVote
    Votes 120
  • WpPart
    Parts 7
Dörd yaşında bir uşağın bütün dünyası bir anda dağıldı. Bir yol qəzası onun təkcə valideynlərini yox, uşaqlığını, gülüşünü və təhlükəsizlik hissini də əlindən aldı. Heç kimin sahib çıxmadığı balaca İpək uşaq evinə göndərildi. Orada keçən illər sevgi ilə deyil, soyuq divarlar, haqsızlıqlar və bitməyən göz yaşları ilə yadda qaldı. O, hər gecə bir gün həyatının dəyişəcəyinə inanaraq gözlərini yumurdu. Doqquz yaşında tale nəhayət onun üzünə gülümsədi. Nüfuzlu və varlı bir ailə İpəyi övladlığa götürdü. İlk dəfə özünü "ev" adlandıra biləcəyi bir yerdə yaşamağa başladı. Keçmişinin yaraları tam sağalmasa da, gələcəyə ümid etməyi öyrəndi. Hər kəs elə bilirdi ki, İpəyin kabus dolu həyatı artıq geridə qalıb. Lakin həyatın onun üçün hazırladığı ən böyük sirr hələ açılmamışdı... İpək on səkkiz yaşına çatdığı gün hər şey yenidən dəyişdi. Təsadüfən öyrəndiyi bir həqiqət illərlə gizlədilən sirləri üzə çıxardı. Valideynlərinin ölümü sadəcə adi bir yol qəzası deyildi. Onun keçmişi, əsl kimliyi və qarşısına çıxacaq insanlar İpəyi təhlükələrlə, xəyanətlərlə və gözlənilməz həqiqətlərlə dolu bir yolun başlanğıcına aparacaqdı. İndi İpək yalnız keçmişini öyrənmək üçün deyil, həm də öz taleyini yazmaq üçün mübarizə aparmalıdır. Çünki bəzi həqiqətlər insanı azad etmir... onları geri dönüşü olmayan bir oyunun içinə çəkir.
Aster  +18 by Asterya03
Asterya03
  • WpView
    Reads 955
  • WpVote
    Votes 245
  • WpPart
    Parts 8
" Hər birimiz içimizdə olan şeytan ilə mübarizə apararıq. Kimimiz qalib gələrkən kimimiz o şeytanın köləsi olarıq. Bəs sən ? Şeytanın köləsimi olacaqsan ? Yoxsa, Şeytanın özümü ?" Kitabın düzənləməsi tamamilə bitmiştir. Bölümlərin tarixi yeni görünsə belə artıq uzun zamandırki yazılır və yazılmağa davam edir. Qaranlıq dünyanın sirli səhifələrini oxumağa hazırsınızmı ? Aster qatilinin işlədiyi cinayətlərə şahid olub Ölümün kimliyini tapmaq sizin üzərinizə düşür.
Kardio-Drama by apinkluna25
apinkluna25
  • WpView
    Reads 8,488
  • WpVote
    Votes 725
  • WpPart
    Parts 17
Bakının ən prestijli xəstəxanası olan DiaqnoMed klinikasında iki qütb nüfuz uğrunda bir-birilə əzəli rəqabət aparırdı : "Elitlər" və professional həkimlərdən ibarət olan "Qızıl Liqa" komandası. 4-cü kurs Tibb tələbəsi olan Simay isə burada assistantlığa başladığı ilk gündən etibarən bu iki komandanın, habelə iki məşhur cərrah arasındakı rəqabətin əsas oyunçusuna çevrilmişdi. Həkimlərarası əyləncəli xaoslarla, sevgi üçbucaqları və müxtəlif intriqalarla dolu olan bu klinikada insanı sağ saxlayan tək bir şey var idi: Heç qopmayan dostluq bağları.. Diqqət! Hekayəyə başlayarkən əllərimizi spirtləməyi unutmayaq, çünki buradakı xəstələrin heç də hamısı klinikanın pasientləri deyil..
Qaranlıqdasansa, bir şam yandır. by keerimovaaaa
keerimovaaaa
  • WpView
    Reads 1,495
  • WpVote
    Votes 441
  • WpPart
    Parts 12
* -Qaranlıqdasansa, bir şam yandır. -Mənə kibrit verməyiblər. Heç, o şamı yandırmağımı da istəmirlər. * Bilmirdim. Verəcəyim qərarın nə dərəcədə düzgün olduğunu, məni xilas edib-etməyəcəyini bilmirdim. Özümü bütün hər kəsə, hətta bütün dünyaya müharibə elan etmiş, yenə də müharibə başlamamış uduzmuştək yorğun hiss edirdim. Özümü müdafiə etməyə imkan belə verilmədən, əlimə tutuşdurulmuş bu bir parça kağız da, onsuz da uduzduğum bu müharibənin sülh sazişi idi. İki şanşım var idi, gülüncdür ki, mənim gələcəyim üçün mənə sadəcə iki seçim haqqı tanınmışdı. Ya bu "müqaviləni" qabağımdan bir kənara tullayıb, atamın mənim üçün seçdiyi, yerdə qalan həyatımın ssenarisini oynayacaqdım, ya da onu imzalayaraq mənə "Kibrit verəcəyini" vəd edən bu oğlanın mənim üçün planladıqlarına baş əyəcəkdim. Və mən o an heç düşünmədən onun gözlərindəki "hər şey yaxşı olacaq" ifadəsinə inanmağı seçmişdim. "Qaranlıqdasansa, bir şam yandır." demişdi mənə. Amma bilmirdi ki, heç kim mənim o şamı yandırmağı istəmirdi. *** 21.06.2022-Başlama **.**.****- Bitirmə. Kitabın qapağı @LilithZaraVenus tərəfindən hazırlanıb. :') Not: Şiddət və arqo içərdiyi üçün 16 yaşdan aşağı şəxslərin oxumağı məsləhət görülmür.
121-Cİ ELEMENT (Tamamlandı) by apinkluna25
apinkluna25
  • WpView
    Reads 7,680
  • WpVote
    Votes 841
  • WpPart
    Parts 32
2050-ci il Bakısı: elektrikli maşınlar, neon işıqlarla bəzədilmiş binalar, kiçik dükanlar əvəzinə tikilmiş böyük MALL-lar, köhnə tikililəri əvəz edən böyük yaşayış kompleksləri.. Lakin bütün bu modern dəbdəbənin içində şəhəri qaranlığa qərq edən ani və silsilə ölümlər gənc müstəntiq olan Günəş Səmədovanı yeni bir istintaqın pəncəsinə atır. Bu ölümlərin arxasıyca düşən Günəş öz toy gecəsində xəyanətə məruz qaldığını öyrəndikdən dərhal sonra "təsadüfən" qarşısına gənc bir alim çıxır. Bu alim 25 yaşında professor titulu almış Şahin Monterro idi, hansı ki, Mendeleyev cədvəlinin 121-ci elementini kəşf etmək niyyətində idi. Lakin, gənc professorun tək hədəfi bu deyildi: Onu İtalyadan ata vətəninə- Azərbaycana gətirən çox daha dərin, intiqamla yoğrulmuş bir məqsəd var idi. Bu məqsəd isə həm Günəşi, həm də onun ailəsindəki hər kəsi görünməz "Səltənət Müharibəsinin" başroluna çevirəcəkdi.