Azərbaycanca
56 stories
Çıxış Yoxdur by mymeyraa
mymeyraa
  • WpView
    Reads 16
  • WpVote
    Votes 6
  • WpPart
    Parts 1
Bir məktəb,bir yoluxma və minlərlə sual... Həyatda qalmaq uğrunda mübarizə aparan bir qrup gənc,ölümün kölgəsində irəliləyərkən anlayır ki, bəzən ən təhlükəli şey qarşıdakı düşmən deyil, veriləcək qərarlardır. Çıxış varmı, yoxsa hər qapı yeni bir kabusun başlanğıcıdır?
ŠOYĞUN   by Asterya03
Asterya03
  • WpView
    Reads 345
  • WpVote
    Votes 116
  • WpPart
    Parts 5
Doqquz gənc bir gün Moskva Milli Bankını soymağı qərara alarsa nə olar ? Əyləncə dolu və bir o qədərdə həyəcan verici dünyamıza qatılmağa hazırsınızmı ?
Sönsə Sevgi by ailurophilef
ailurophilef
  • WpView
    Reads 153
  • WpVote
    Votes 18
  • WpPart
    Parts 3
- Məhəbbətlə dolu bu qəlbim mənim! Sonra... Gözlərim bir nəfərin üzərində dayandı. Həmin o bir nəfərin gözləri mənim üstümdə idi, diqqətlə mənə baxırdı. - Söylə, mənimlə gələ bilərsən? Ətrafımdakı insanların danışığı, musiqinin yüksək səsi, gülüşlər... Hamısı sanki uzaqlaşdı. O isə heç nə olmamış kimi sakit dayanıb baxışlarını məndən çəkmədi. Baxışlarında qəribə bir rahatlıq var idi. Elə bil məni ilk dəfə görmürdü. - Göndərirəm sevgi mesajını mən! Mən isə tanımırdım onu. Bəlkə, nə vaxtsa görüb indi unutmuş ola bilərdim, bilmirdim. - Söylə, bu mesajı ala bilərsən? Heç nə hiss etmirmiş kimi davranmağa çalışaraq çənəmi dik tutdum. Baxışlarımı cəmi bir neçə saniyə onun üzərində saxladıqdan sonra sakitcə başqa tərəfə çevirdim. İçimdə isə səbəbini bilmədiyim qəribə bir maraq oyanmışdı. "Bu oğlan kimdir?" sualı beynimin bir küncündə ilişib qalmışdı.
Yasəmən by efsanemmdzade26
efsanemmdzade26
  • WpView
    Reads 36
  • WpVote
    Votes 13
  • WpPart
    Parts 2
Yasəmən olan evdən yas əskik olmazmış... -Ya sən, ya mən. -Ha mən, ha sən? Həyatda üstümüzdəki qalaq olan dağıntılar başqa bir yaşamda özümüzə yuva bildiyimiz evin divarları ola bilərdi mi? Ayrılıqlar, ölümlər və yaslar özgə dünyadakı bizim əlimizdən süzülməkdə olan gerçək xoşbəxtliyin bir kiçik cəzasıdır mı yoxsa? XX əsrin ikinci on illiyində savaşın, qanın, acılı itkilərin ağuşunda tanış olan şəfqət bacısı və müəllimin yolları qısa müddət sonra yenidən isti bir ocaqda kəsişər. Bakının dar küçələrindən birində yerləşən bu kiçik yer sadəcə qələm əhli olan dostların yazılarının lal şahidi olmayacaqdı, onlarla həyatın kədər və sevincinə, nifrət və sevgisinə də yoldaşlıq edəcəkdi. Görəsən, tarixin tozlu səhifələrində itmiş bu ömürlər üçün tale hansı dünyada "Xoşbəxtlik" adlı hekayə yazıb? Ya da elə bir əsər, ümumiyyətlə, var mı? Paralel dünyalara inanırsınız mı? Elə isə keçmiş sizi gözləyir...
İlk Bahar by malioraaa
malioraaa
  • WpView
    Reads 189
  • WpVote
    Votes 37
  • WpPart
    Parts 3
Aşbaz olmaq istəyən qız ilə buna məcbur edilən oğlanın məktəb hekayəsi... 16 yaşlı Baharın telefonuna bir gün yad nömrədən mesaj gəlir. Bahar, bu mesajı önəmsəmir və həyatına dəvam edir. Bir gün dostu ilə peşəyə sənəd verməyə getdiyində bir oğlanla toqquşur. Ona fikir verməyərək qeydiyyatı edir ancaq oğlanın çoxdan fikrini yayındırmışdır hərəkətləri ilə. Məktəb başlayanda dostu ilə eyni sinifə düşür və siniflərinə gedir. Sinifə daxil olduğunda yeni dostlarına göz gəzdirərkən, arxada oturan oğlan da qalır gözləri. Çünki bu oğlan ad günündə gördüyü ilə toqquşduğu oğlan idi. Bahar, təsadüflərə inanmayan, tale ilə irəliləyən biri olduğu üçün bu hadisə, onun ağlından çıxmamağa başlayır. Ayrılıqlar araya girdik də, sevgi bitməzdi. Ruh bağımızın olduğu insanla aramızda qırmızı bir ip olardı. O ip hər nə qədər qırılma nöqtəsinə çatsa da, qırılmazdı. Tale insanları bir-biri ilə qarşılaşdırıb, onların göstərdiyi səyə buraxardı hər şeyi. Bəs siz taleyə və təsadüfə inanırsınız?
Sınıq Qumsaatı I- Oyanış(Düzənlənir.) by fawnasfm
fawnasfm
  • WpView
    Reads 1,527
  • WpVote
    Votes 310
  • WpPart
    Parts 10
Ədalətsiz insanlar ya nökərdir ya da nökər. Ədalətsiz bir insan məhbus ola bilər ancaq dərdini ədalətli çəkər. Ədalətsiz insan özünü şah elan edər ancaq insanlar onu taxtdan endirər.İnsanlar insafsız olmaz, insanlar vicdanasız ola bilər. Və vicdanı olmayan şəxsin içində biraz olsun insanlıq olmaz. Bir gün gələr bütün işıqları sönər ancaq təzədən yandırmağı nə vicdanına nədə insafına sığdıra bilməz.Ədalətin kölkəsində yaşayanlar vicdanlı deyil qorxaqdır. Günəş batar kölgə çəkilər,qorxaqlar kəsilər. Geriyə nə yalan qalar nədə yalançı.Ədalətin özü isə ya vicdan tapar yada vicdanlını. Bir qum saatı başlat çünki, ədalətsiz bir ölkənin işığı heç vaxt yanmaz. Cəhli-namərdin qızı və mərdin oğlunun romanına xoş gəldiniz. Kitabdaki hərşey xəyal və uydurmadan ibarətdir. Gərəçəklikdən uzaqda bir hekayə. Başqa bir həyatın olmadığı bir kitab.
İpək  by Norvill
Norvill
  • WpView
    Reads 553
  • WpVote
    Votes 120
  • WpPart
    Parts 7
Dörd yaşında bir uşağın bütün dünyası bir anda dağıldı. Bir yol qəzası onun təkcə valideynlərini yox, uşaqlığını, gülüşünü və təhlükəsizlik hissini də əlindən aldı. Heç kimin sahib çıxmadığı balaca İpək uşaq evinə göndərildi. Orada keçən illər sevgi ilə deyil, soyuq divarlar, haqsızlıqlar və bitməyən göz yaşları ilə yadda qaldı. O, hər gecə bir gün həyatının dəyişəcəyinə inanaraq gözlərini yumurdu. Doqquz yaşında tale nəhayət onun üzünə gülümsədi. Nüfuzlu və varlı bir ailə İpəyi övladlığa götürdü. İlk dəfə özünü "ev" adlandıra biləcəyi bir yerdə yaşamağa başladı. Keçmişinin yaraları tam sağalmasa da, gələcəyə ümid etməyi öyrəndi. Hər kəs elə bilirdi ki, İpəyin kabus dolu həyatı artıq geridə qalıb. Lakin həyatın onun üçün hazırladığı ən böyük sirr hələ açılmamışdı... İpək on səkkiz yaşına çatdığı gün hər şey yenidən dəyişdi. Təsadüfən öyrəndiyi bir həqiqət illərlə gizlədilən sirləri üzə çıxardı. Valideynlərinin ölümü sadəcə adi bir yol qəzası deyildi. Onun keçmişi, əsl kimliyi və qarşısına çıxacaq insanlar İpəyi təhlükələrlə, xəyanətlərlə və gözlənilməz həqiqətlərlə dolu bir yolun başlanğıcına aparacaqdı. İndi İpək yalnız keçmişini öyrənmək üçün deyil, həm də öz taleyini yazmaq üçün mübarizə aparmalıdır. Çünki bəzi həqiqətlər insanı azad etmir... onları geri dönüşü olmayan bir oyunun içinə çəkir.
İyirmidən Geriyə  by keerimovaaaa
keerimovaaaa
  • WpView
    Reads 1,187
  • WpVote
    Votes 165
  • WpPart
    Parts 3
19 may, 2026. ✮ Bütün dünyanın onun ətrafında döndüyünü sanan Yasəmən üçün universitetdən sonrakı həyat tam mənası ilə qayğısız bir əyləncədən ibarət idi. Lakin atasının səbr kasasını daşıran sonuncu avtomobil qəzası hər şeyi alt-üst edir. Cəza olaraq bütün imkanları və lüks həyatı əlindən alınan Yasəmən, tək bir çamadanla Gəncədəki bibisinin yanına sürgün edilir. ​Bakının parıltılı dünyasından Gəncənin qızmar yay istisinə düşən gənc qızı burada tamamilə yad bir mühit və əsla yola gedə bilməyəcəyi yeni insanlar qarşılayır. Həyatında ilk dəfə ayaqları üzərində durmağa çalışan hər addımında yeni bir bəlaya bulaşan bu şəhərli qızın Gəncə məhəlləsinə ayaq uydurmaqdan başqa çarəsi yoxdur. Amma bilmədiyi bir şey var; Onun gəlişi məhəllədə uzun zamandır üstü gizlədilən bir planın da fitilini atəşləyir. ✮ Başlama tarixi: 15 mart, 2026. Bitirmə..
Həsrət by ay_yeva
ay_yeva
  • WpView
    Reads 6
  • WpVote
    Votes 1
  • WpPart
    Parts 1
"Bir günə min il deyərlər həsrətdə"
SON NƏFƏSƏ QƏDƏR by aliyevaleyla6677
aliyevaleyla6677
  • WpView
    Reads 721
  • WpVote
    Votes 214
  • WpPart
    Parts 9
2030-cu il: İnsanlığın və qanunların süni intellektin rəqəmsal pəncəsində boğulduğu bir əsr... Ədalətin tamamilə külə döndüyü, hüquq kitablarının üzərini qalın bir toz təbəqəsinin örtdüyü və vicdanın yerini qəddar alqoritmlərin aldığı bir dünya. İnsanlar artıq öz talelərini deyil, onları idarə edən metal və kod yığınlarının əmrlərini yaşayırlar. Hər kəs bu soyuq cəhənnəmdə yox olacağı günü gözləyərkən, qaranlığı parçalayan tək bir şey var idi: Yarım qalmış, xarabalıqlar altında boğulmuş bir sevgi hekayəsi. Ədaləti yenidən inşa etmək asan olardımı? Yoxsa hər kəs, bu sevgini yarım qoyan rəqəmsal cəhənnəmin içində bir-bir fəna olacaqdı? Müəllif hüquqları qorunur.Əsərin kopyalanması başqa platformalarda paylaşılması qətiyyən qadağandır!Baş verdiyi təqdirdə hüquqi prosedur başladılacaq..